AZ

Niyə valideynlər övladlarının xəstəliyini gizlədir? - MÜTƏXƏSSİS

Cəmiyyətin illərdir davam edən problemlərindən biri “Camaat nə deyər” düşüncədir. 

Elə bu düşüncə ilə bəzi valideynlər övladlarının xəstəliyi olmasından utanır.

Bəzi qız övladı olan valideynlər ərə verəndə, oğul övladı olanlar isə qız alanda xəstəliyi gizli saxlayırlar.

Valideynlərin düşüncəsi isə budur: “Deyəcəklər xəstə idi deyə evlənə bilmədi”.

Maraqlıdır, bu düşüncələrdən necə azad olmaq olar? Valideynləri bu düşüncəyə salan nədir?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən münasibət üzrə mütəxəssis Xədicə Hüseynli deyir ki, bu məsəl mədəniyyətə, adət-ənənəyə və bəzən də cəmiyyətdəki təzyiqlərə bağlı olaraq dəyişə bilər:

“Bəzi cəmiyyətlərdə xəstəlik və ya əlillik kimi məsələlər tabu olaraq qalır. Valideynlər, cəmiyyətin bu məsələlərə necə reaksiya verəcəyini düşünərək, qızlarının xəstəliyini gizlətməyi seçə bilərlər. Belə bir davranış, insanların ətrafındakı mənfi münasibətlərdən qorunmaq məqsədini güdür. Xəstə və ya əlil insanların həyatları ilə bağlı cəmiyyətdə bəzən mənfi təsəvvürlər ola bilər. Belə bir vəziyyətdə, valideynlər qızlarını ərə verərkən xəstəlik məsələsini açıqlamamağı üstün tuta bilərlər, çünki bu, tərəf müqabilinin və onun ailəsinin qərarını mənfi təsir edə bilər. Bu, xüsusilə, cəmiyyətdə əllilik və ya xəstəlik haqqında bəzi stereotiplərin mövcud olduğu hallarda baş verir.

Bəzi hallarda, valideynlər qızlarının xəstəliyi barədə məlumat verməmək qərarını ona qarşı olan sevgi və diqqət göstərmək məqsədilə ala bilərlər. Onlar, qızlarının həyatında hər şeyin normal keçməsi və sevgi dolu bir ailə qurmasının mümkün olduğunu düşünə bilər. Bu yanaşma, xüsusilə qızın öz xəstəliyini qəbul etməməsi və ya bununla bağlı narahat olmaması halında daha da güclənir”.

Murad

phrase_var_article.chosen
17
hit.az

1phrase_var_article.sources