AZ

Rusiya istehsalı olan “Mercedes”lərsatışa çıxarıldı

Ötən ay Rusiya mediası sanksiyalardan sonra zavodların birində müstəqil şəkildə ilk mercedes yığıldığı barədə məlumat vermişdi. Avtosfer.az saytı da bu xəbəri rus mənbələrinə istinadla yaymışdı.

Bu gün isə Moskva ətrafındakı zavodun istehsalı olan Mercedes-Benz GLS modelinin artış satışa çıxarıldığı barədə məlumatlar tirajlanır. Bildirilir ki, sözügedən model anbarda qalan detallar hesabına hazırlanıb. 

İşin real tərəfi budur ki, sözügedən avtomobillər pirat versiya hesab olunur. Ən əsası isə, istehsalın nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Sanksiyalara görə Avropa ölkələrindən detal almaq mümkün deyil. Çindəki zavodlar isə Almaniya ilə münasibətləri korlamamaq və sanksiya siyahısına düşməmək üçün Rusiya ilə məsafəli davranır.

Vüqar

Seçilən
14
avtosfer.az

1Mənbələr