AZ

Ukraynaya daha bir IRIS-T hava hücumundan müdafiə sistemi çatdırılıb

Almaniya kansleri Olaf Şolz Ukraynaya daha bir IRIS-T hava hücumundan müdafiə sisteminin təhvil verildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Şolz xatırladıb ki, ümumilikdə Berlinin Kiyevə dəstəyi 37 milyard avro təşkil edir.
Eyni zamanda o əlavə edib ki, Ukrayna Almaniyanın dəstəyinə arxalana bilər.
Almaniya kansleri bir daha vurğulayıb ki, Ukraynaya dəstək elə təşkil edilməlidir ki, bu, münaqişənin genişlənməsinə, Rusiya ilə NATO arasında müharibəyə səbəb olmasın.

Seçilən
19
ucnoqta.az

1Mənbələr