“Meta” “Instagram”da istifadəçilərin sadə mətn əmrləri ilə videolarını redaktə edə biləcəyi yeni süni intellektlə işləyən alət təqdim edib.
Valyuta.az-ın məlumatına görə, “Movie Gen AI” ilə işləyən bu redaktə aləti videolarda fon, paltar və digər detalları dəyişmək imkanı təklif edir.
Instagram prezidenti Adam Mosseri tərəfindən paylaşılan tanıtım videosunda süni intellektin təklif etdiyi yeniliklərin parlaq nümunələri yer alıb. Videoda Mosserinin geyimi, fonu və ümumi görünüşü bir neçə saniyə ərzində dəyişdirilir. Hətta bir səhnədə Mosserinin kukla obrazına çevrildiyi görünür.
Mosseri bildirib ki, bu alət video məzmun yaradıcılarına peşəkar redaktə bacarığı olmadan arzuladıqları şəkilləri yaratmağa kömək edəcək.
Alət Instagram-da video məzmun yaratmağı asanlaşdırmaq və platformada yaradıcılığı dəstəkləmək məqsədi daşıyır. Bu yeniliyin sosial mediada önə çıxmaq istəyən məzmun istehsalçıları üçün çox əhəmiyyətli bir potensial təqdim etdiyini söyləyə bilərik.
Əvəz Həsənov