AZ

Siyarto: “Ukrayna Macarıstana qarşı...”

Milad bayramı atəşkəs təklifinə cavab olaraq Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Ukrayna Macarıstana qarşı çirkin kampaniyaya başlayıb, Ukrayna xalqı buna görə Prezident Vladimir Zelenskini mühakimə etməlidir.

"Cebheinfo.az" bu barədə "Sputnik News"a istinadən xəbər verir.

"Aydındır...Zelenski son günlər bizə qarşı çirkin kampaniyaya başlayıb, bizi beynəlxalq arenada daim təxribata çəkir. Düşünürəm ki, biz bu təxribata boyun əyə bilmərik", -   deyə Siyarto bildirib.

Onun sözlərinə görə, Milad bayramı atəşkəs təklifini qəbul etmək və ya rədd etmək məsuliyyəti indi bu təklifi alan ölkələrin liderlərinin üzərinə düşür və onlarında seçicilərinə hesabat verməli olacaqlarını bildirib.

phrase_var_article.chosen
14
cebheinfo.az

1phrase_var_article.sources