PSJ-nin qapıçısı Canluici Donnarumma iki həftə komandasına kömək edə bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Fransa çempionatının dekabrın 18-də “Monako”ya qarşı 4:2 hesabı ilə başa çatan son oyununda Vilfrid Sinqo ilə toqquşmadan sonra Donnarumma üzündən xəsarət alıb. Soyunub-geyinmə otağında qapıçının yarasına 12 tikiş atmalı olub.