AZ

"Şəki" kapitanı ilə yollarını ayırdı

“Şəki” basketbol klubu kapitanı Kris Bartonla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, buna səbəb oyunçunun zədəsinin gec sağalması olub.

Amerikalı dekabrın 1-də IV turun "Gəncə" ilə oyununda sağ ayaq topuğundan zədələnib. O, uzun müddət oynaya bilməyəcəyindən, Bartonla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Bundan sonra komandanın yeni kapitanı Aleks Koldvell olacaq.

Seçilən
23
fanat.az

1Mənbələr