AZ

Klintonun zirehli avtomobili satışa çıxarıldı

ABŞ-nin sabiq prezidenti Bil Klintonun xidməti avtomobili satışa çıxarılıb.

Avtosfer.az xəbər verir ki, vaxtilə Klinton üçün 3 ədəd zirehli Cadillac limuzini hazırlanıb. Maşınlar o dövrün standartlarına uyğun olaraq çox yüksək səviyyədə təchiz edilib.
Satışa çıxarılan model 1996-cı ilin istehsalıdır və 7,62 mm güllənin zərbəsinə davam gətirə bilir. 3 limuzin dövlət büdcəsinə 6 milyon dollara başa gəlib. Avtomobil 7,4 litrlik V8 mühərriki ilə təchiz edilib.

Hərraca çıxarılan avtomobil cəmi 1007 kilometr qət edib. Avtomobil bir dəfə 2008-ci ildə 275 min dollara satılıb.

Vüqar Yaşaroğlu

Seçilən
23
avtosfer.az

1Mənbələr