“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Cavadov oyunun maraqlı və gərgin keçdiyini bildirib:
“Oyunun maraqlı və gərgin keçdiyinin şahidi olduq. Komamdamdan çox razıyam. Əzmkar, istəkli oyun göstərdilər. İlin son oyunu idi. Futbolçularıma təşəkkür edirəm ki, belə gözəl oyun göstərdilər. İnanıram ki, belə oyunla daha yaxşı nəticələr qazanacağıq.
Qol imkanlarımızın sayı çox oldu. Sadəcə, bəzi epizodlarda dəqiqlik çatışmadı. Bu, futboldur, belə hallar olur. Yenə də deyirəm, oyunçularımdan çox razıyam.
Futbolçularımın arxasındayam. Amma bu, futboldur. İstənilən oyunçuya təklif ola bilər. Nə xoş bizə ki, “Neftçi” kimi klub bizim oyunçularla maraqlanır”.