AZ

"Türkiyə Suriyanı tənha buraxmayacaq" - Ərdoğan

 
"Türkiyə Suriyanın yeni hökumətinə konstitusiya və dövlət quruluşunun işlənib hazırlanmasında yardım göstərəcək..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ və dünyanın digər böyük dövlətləri İsrailin Suriyaya hərbi müdaxiləsini dayandırmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "cirsorinfo.co.il"' nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, amerikalılar və digər böyük dövlətlər İsrailin Suriya ərazisinə hərbi müdaxiləsinə görə məsuliyyət daşıyır.
 
Ərdoğan həmçinin məlumat verib ki, yaxın zamanlarda Türkiyə xarici işlər naziri Suriyaya səfər edəcək. Səfərin məqsədi Suriya dövlətinin yeni quruluşunu müzakirə etməkdir.
 
"Biz Türkiyə və Suriya arasında münasibətləri Dəməşqdə yeni hökumətin yaradılması ilə bağlı yeni səviyyəyə keçirilməyə ümid edirik ", - o, deyib. Onun sözlərinə görə, Türkiyə Suriyanın yeni hökumətinə konstitusiya və dövlət quruculuşunun işlənib hazırlanmasına yardım göstərəcək.
 
Ərdoğan əlavə edib ki, Türkiyə Suriyanı tənha buraxmayacaq. "Biz əl-Culani və Dəməşqlə münasibətlərimizu bundan sonra da davam etdirəcəyik", - o, qeyd edib. Bu bəyanat Türkiyənin regionda fəal diplomatik mövqeyini nümayiş etdirir.
 
Xatırladaq ki, prezident Ərdoğan "İslam səkkizliyi" (D-8) ölkələrinin Misirin paytaxtı Qahirədə keçirilən sammiti çərçivəsində Livan və Fələstinlə bağlı xüsusi sessiyada çıxışında İsrailə qarşı silah embarqosunun tətbiq edilməsi, onunla ticarətin kəsilməsi və beynəlxalq aləmdən təcrid edilməsinin zəruriliyini bəyan edib.
 
Türkiyı lideri İslam ölkələrini İsrailin qanunsuz hərəkərlərinə qarşı atılacaq addımlara rəhbərlik etməyə çağırıb. Ərdoğan bəyan edib ki, İsrail Suriyanın ərazi bütövlüyünü görməzdən gəlir, o cümlədən Colan təpələrində qanunsuz məskunlaşma siyasəti aparır. 
 
Ərdoğan qeyd edib ki, İsrail hökuməti Amerikanın açıq dəstəyinə və bir çox Qərb ölkələrinin dolayısı dəstəyinə bel bağlayır və Qəzza bölgəsində hücumlarını genişləndirməkdə davam edir".
phrase_var_article.chosen
11
moderator.az

1phrase_var_article.sources