Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Rılsk şəhərinə raket hücumu həyata keçirib.
APA-nın Rusiya bürosu xəbər verir ki bu barədə Kursk vilayəti qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri Rılsk şəhərinə raket zərbəsi endirib. Ukrayna millətçiləri şüurlu şəkildə dinc obyektləri və sosial obyektləri məqsəd kimi seçirlər. Mən Moskvada Dövlət Şurasının iclasındayam, başa çatdıqdan dərhal sonra Rılska doğru hərəkət edəcəyim. İndi mən artıq Kursk vilayəti hökumətinin sədri vəzifəsini icra edən Aleksey Dedovu və onun müavinlərini hadisə yerinə göndərmişəm.
Bütün operativ, bütün fövqəladə hallar və siqnalizasiya xidmətləri hadisə yerində işləyir”, - deyə Xinşteyn Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.
Xinşteyn həmçinin əlavə edib ki, Kursk vilayəti hökuməti zərər görənlərin özlərinə və ailələrinə bütün lazımi yardımı göstəriləcək.
Rılsk rayonunun rəhbəri Andrey Belousovun sözlərinə görə, raket zərbəsi nəticəsində ən azı 10 nəfər yaralanıb.