1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Oxu.Az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. Rəşad Zalovun təqaüdə göndərildiyi bildirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında (https://customs.gov.az) Rəşad Zalovla bağlı məlumatlar artıq silinib.
R.Zalov 18 mart 1980-ci ildə anadan olub. O, 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998-2022), polis general-leytenantı Oruc Zalovun oğludur.