AZ

Naxçıvanda ötən iki ildə 94 hüquqi akt ləğv edilib - Fuad Nəcəfli

Bakı. Trend:

Naxçıvanda ötən iki ildə qanunvericilik normalarına zidd olaraqtəsdiqlənmiş 94 hüquqi akt ləğv edilib.

Trend xəbərverir ki, bunu Naxçıvanda keçirilən “Azərbaycanın dövlət və hüquqtarixində Naxçıvan” mövzusunda elmi-praktik konfransda çıxışındaNaxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.

"Prezidentin tapşırıqlarına uyğun olaraq, 2023-cü ilin yanvarayından etibarən Naxçıvan Muxtar Respublikasında məhkəmələrinfəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərhəyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb.

Artıq muxtar respublikada vaxtilə hüquqları pozulmuşvətəndaşların müraciətlərinə məhkəmələr tərəfindən ədalətli formadabaxılır.

2023-cü ildə və 2024-cü ilin 11 ayında vaxtilə hüquqlarıpozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə NaxçıvanMuxtar Respublikası İnzibati Məhkəməsinin icraatına 1308 iş daxilolub, onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlartərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddiaərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 işmülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isəhazırda icraatdadır.

Bir faktı da diqqətə çatdırmaq istəyirəm ki, ötən iki ildəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri tərəfindənqəbul edilmiş 106 hüquqi akta əsasən, vaxtilə qanunvericiliknormalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib,135 hüquqi aktda isə dəyişikliklər aparılıb", - o qeyd edib.

phrase_var_article.chosen
13
az.trend.az

1phrase_var_article.sources