Azərbaycan Hepato Pankreato Biliar Cərrahlar İctimai Birliyinin (AHPBCA) Qax rayonunda “Güvənli Xolesistektomiya və Yatrogenik öd yolu zədələnmələrinə cərrahi yanaşma” mövzusunda ilk konfransı keçirilib.
Medicina.az xəbər verir ki, konfransda Qax rayon İcra hakimiyyətinin nümayəndələri, Qax rayon Mərkəzi Xəstəxanasının direktoru Tərlan Əhmədzadə,baş həkim İsgəndər İsgəndərovAzərbaycan Hepato Pankreato Biliar Cərrahlar ictimai birliyinin idarə heyəti, üzvləri və həkim heyəti iştirak ediblər.
Konfransın açılışını, Qax rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi edərək qonaqları salamlayıb.
Daha sonra, Azərbaycan Hepato Pankreato Biliar Cərrahlar İctimai Birliyinin (AHPBCA) sədri Eldar Əhmədov birliyinin ilk layihəsi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verərək,irəlidə bir çox layihələrin keçiriləcəyini qeyd edib.
Konfrans zamanı Qax Rayon Mərkəzi Xəstəxanasında icra olunan laparoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanıb və əməliyyat haqqındakonfrans iştirakçılarına təlim şəklində izah edilib.
Layihənin məqsədi Azərbaycanın bölgələrində müasir texnologiyaların tətbiqi tibbi ,bilik və bacarıqların inkişaf etdirilməsi və bölgədə yaşayan sakinlərin tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir.
Tədbirin sonunda isə xatirə fotosu çəkilib.