AZ

Avropa İttifaqı Misirə 1 milyard avro yardım edəcək

Avropa İttifaqı (Aİ) Misir iqtisadiyyatına kömək məqsədilə 1 milyard avroluq dəstək verməyə qərar verib.

Turkustan.az xəbər verir ki, açıqlamada Misirin maliyyə dəstəyi üçün tələb olunan siyasət şərtlərini yerinə yetirdiyi və ödənişin bir neçə gün ərzində həyata keçiriləcəyi bildirilib.

Həmçinin maliyyə dəstəyinin Misirin maliyyə ehtiyaclarının bir hissəsini qarşılamasına və makroiqtisadi sabitliyin təmin olunmasına kömək edəcəyi bildirilib. 4 milyard avroluq ikinci dəstəklə bağlı isə Aİ qurumları arasında danışıqların davam etdiyi deyilib.

Avropa Ittifaqı Komissiyasının sədri Ursula von der Leyen də sosial media hesabından məlumatı təsdiqləyib.

Aİ ilə Misir arasında bu il Qahirədə imzalanan strateji və hərtərəfli tərəfdaşlıq sazişini həyata keçirdiklərini vurğulayan von der Leyen, Misir iqtisadiyyatını dəstəkləməyə davam edəcəklərini də bildirib.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
5
turkustan.az

1phrase_var_article.sources