Bildiyimiz kimi, Bakıda bu il qış sərt keçəcək. Əgər güclü şaxtalar olarsa, Xəzərin donma ehtimalı varmı?
Mövzu ilə bağlı ekoloq İlqar Xəlilov İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, adətən güclü şaxtalarda Xəzərin şimal hissəsi donur.
“Ən uzunmüddətli şaxta olan halda orta hissəsində də donma müşahidə oluna bilər.”
Bəs, Xəzər dənizinin donması balıqçılıq təsərrüfatında nə kimi problemlərə gətirib çıxardar?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli İNFOAZ.WS-ə açıqlamasında Azərbaycanda Xəzər dənizinin qışın hansı formada sərt keçməsindən asılı olmayaraq donmadığını bildirib.
“Duzlu sular donmur. Şirin sular donur və buna görə də qışın sərt keçməsi Xəzər dənizində, xüsusən də duzluluğu az olan bölgələrdə donma müşahidə oluna bilməz.”
Onun sözlərinə görə, dəniz balıqçılığı çəkisi aşağıdır.
“Dəniz donsa belə, bizim balıqçılıq göstəricilərimizə ciddi təsir göstərməyəcək. Çünki bizdə əsas göl və çay balıqçılığı üstün çəkiyə malikdir.”
Fatimə Məmmədova