AZ

''Bavariya''nın üzvü 11 ayda 4-cü dəfə zədələndi

''Bavariya''nın ötən mövsümün qış fasiləsində ''Qalatasaray''dan transfer etdiyi Saşa Boe zədələrdən heç cür qurtula bilmir.

Fransalı cinah müdafiəçisi son məşqdə yenə zədə alıb. Bu dəfə topuğundan xəsarət alan və məşqi yarımçıq tərk edən futbolçunun nə qədər müddətə sıradan çıxması barədə məlumat yoxdu. 24 yaşlı futbolçu Münhen nəhəngində olduğu 11 ay ərzində artıq 4-cü dəfə zədələnib! Sonuncu dəfə sentyabrda dizindən zədələnən Boe yalnız ötən ay yenidən oynamağa başlamışdı.

Maraqlıdı ki, Boe ''Qalatasaray''da bu qədər tez-tez zədələnmirdi. ''Bavariya''ya 30 milyon avroya transfer olunan və indiyə qədər yalnız 10 rəsmi matçda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazan futbolçunun klubla 2028-ci ilə qədər müqaviləsi var.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr