AZ

"İtirməyə çox şeyimiz yoxdur" - Azər Bağırov

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz" öz meydanlarında "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib. 

QOL.az xəbər verir ki, Gəncə komandasının baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb: 

"Futbolda yazılan və yazılmayan qaydalar var. "Neftçi" ilə yaxşı oynayıb kobud səhvlərdən uduzduq. Bu oyunda da hər iki hissədə komandamız meydanda olduğunu hiss etdirdi. Qol epizodlarımız oldu. Çox təəssüflər olsun ki, belə bir görüşdə qalib gələ bilmədik. İrəliyə baxmaq lazımdır. Qarşıda çox çətin iki dövrə var. İtirməyə çox şeyimiz yoxdur. Yalnız nəticələr qazanmaq lazımdır. Seleksiya işləri aparacağıq. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq".

Seçilən
24
teleqraf.com

1Mənbələr