Rusiyanın paytaxtı Moskvada Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Kirillov və müavininin öldüyü partlayışla bağlı saxlanılan şübhəli həbs edilib.Şübhəli Özbəkistan vətəndaşı Əhməd Kurbanov həbs olunmaq vəsatəti ilə göndərildiyi paytaxt Moskvanın Basmannı Məhkəməsində hakim qarşısına çıxıb.Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən partlayışı törətməkdə ittiham olunan Qurbanov məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin telefonla danışdığı və hücumla bağlı hadisələri müzakirə etdiyi bildirilib.Qeyd edək ki, Əhməd Qurbanov dekabrın 18-də keçirilən əməliyyat zamanı saxlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta