AZ

Tolikin Nazilə Səfərli haqqında çıxışı geniş müzakirə yarardı

Tanınmış aparıcı Tolik (Tarix Əliyev), yayımlanan verilişlərindən birində Nazilə Səfərli ilə bağlı maraqlı açıqlamalar verib. O, Nazilə Səfərli ilə telefon danışığını qeyd edərək, onun şəxsi həyatı və müğənnilərin sosial həyat tərzi haqqında danışıb.


Tolikin çıxışında səsləndirdiyi bəzi fikirlər müzakirə doğurub:

"Hamının evində əri var, heç kim ərsiz deyil. Bəs nə üçün müğənnilər şəxsi həyatlarını efirə çıxarır? Şəhid ailələrimizə hörmət etməliyik. Müğənnilik sənətini icra edin, ancaq şəxsi həyatınız haqqında efirdə danışmayın."

O, həmçinin Aşıq Təlli və Aşıq Zülfiyyənin adlarını çəkərək, onların şəxsi məsələlərinin efirdə müzakirə edilməsini tənqid edib. Tolik, sənət adamlarının öz həyatlarını mediada paylaşmalarını və bu vəziyyətin müğənnilər tərəfindən təşviq edildiyini bildirib.


Aparıcının bu çıxışı sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Tolikin dediklərini dəstəkləsələr də, digərləri bu çıxışın doğru olmadığını qeyd ediblər.



phrase_var_article.chosen
20
news365.az

1phrase_var_article.sources