AZ

Makron Çaddan qovulur

Bakı. TurkicWorld

Çaddakı səlahiyyətlilər, Afrika ölkəsində yerləşdirilən Fransız qüvvələrini gələn yanvarın sonuna qədər geri çəkmələrini istəyib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, buna baxmayaraq Fransa önümüzdəki yeddi həftə ərzində mindən çox əsgərin geri çəkilməsini qeyri mümükün sayıb.

Qeyd edək ki, noyabrın 28-də Çad Fransa ilə imzalanmış hərbi əməkdaşlıq sazişini ləğv etmək qərarına gəldi və bunu Fransa hökuməti ilə iki xalqın mənafeyinə xidmət edən yaxşı münasibətləri saxlamaqla öz “suverenliyinə” nail olmaq cəhdi ilə əsaslandırdı.Bu barədə Çad hökuməti məlumat verib.

Fransızlar hərbi əməkdaşlıq müqaviləsinin ləğvini qəbul etsələr də və ölkədə mövcud olan qüvvələrin çıxarılması prosedurları ilə bağlı Çadla danışıqlar apardıqlarını bildiriblər.

Radio France Internationale-nin Fransa ordusundakı mənbədən verdiyi məlumata görə, Çadın təyin etdiyi müddət kifayət deyil və mənbə əlavə edir ki, “min əsgəri avadanlınə daşımaq üçün yeddi həftə olduqca qısa vaxtdır”.

Fransızlar təsdiqləyirlər ki, Çaddan qoşunların çıxarılması prosesi ən yaxşı şəkildə və logistika problemi olmadan həyata keçirilməsini təmin etmək üçün ən azı 3 ay müddət tələb olunur.

phrase_var_article.chosen
26
turkic.world

1phrase_var_article.sources