AZ

İrəvanda revanşizmin ssenarisini kim yazır? - Qalmaqallı hesabatın TƏHLİLİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İrəvan şəhəri, Buzand küçəsi, bina 3. Çətin ki, bu ünvan sizə tanış gəlsin. Halbuki Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bağlı olan "Luys" analitik mərkəzinin ofisi məhz burada yerləşir. Bu ofis Ermənistan paytaxtının tam mərkəzində, hökumət binasından cəmi 25 metr məsafədə yerləşir. Mərkəzin əməkdaşları Ermənistan ictimaiyyətini maraqlandıran daxili və xarici siyasət məsələləri ilə bağlı ekspert məqalələri və hesabatlar hazırlayırlar. Təbii ki, Ermənistanın keçmiş hakimiyyət orqanları ilə əlaqələri nəzərə alınaraq, materiallarda birbaşa və ya dolayı yolla indiki hakimiyyətin tənqidi yer alır".
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber" "YouTube" analitik kanalının yeni buraxılışında məlumat verilib.
"Növbəti belə sənəd "Luys" mərkəzi tərəfindən 10 oktyabr 2023-cü ildə hazırlanıb. "Alma-Ata Bəyannaməsi və Qarabağın ərazi mənsubiyyəti məsələsi" adlı 17 səhifəlik hesabat, Nikol Paşinyanın 1991-ci il dekabrın 21-də Ermənistanın Alma-Ata Bəyannaməsini imzalamaqla artıq Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamalarına etiraz məqsədi daşıyır. Eyni zamanda, hesabatda Azərbaycanın MDB-yə üzv olmasının legitimliyi və Birliyin təsis sənədlərinin qanuniliyi də mübahisə obyektinə çevrilir.
Ola bilsin ki, Caliber.Az Ermənistanın keçmiş hakimiyyət orqanları ilə əlaqəli olan bu analitik mərkəzin hesabatına xüsusi əhəmiyyət verməzdi. Lakin birincisi, Almaniyanın nüfuzlu "Berliner Zeitung" nəşri 8 dekabr 2024-cü il tarixində dərc etdiyi materialda Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsində vahid mövqeyindən şübhə edərək bu sənədə istinad edib. Daha doğrusu, tam əks mövqedə dayanıb. İkincisi, erməni cəmiyyətində hələ də mövcud olan revanşist əhval-ruhiyyəni inkar etmək olmaz. Bu gün İrəvanda köhnə və ya yeni siyasi qüvvənin hakimiyyətə gələcəyi təqdirdə onların davranışlarının necə olacağı məlum deyil. Paşinyanın əhval-ruhiyyəsinin dəyişkənliyini isə artıq hər kəs yaxşı bilir" , - deyə materialda qeyd olunur.
Daha ətraflı videoda:
Seçilən
20
2
oxu.az

3Mənbələr