Həbsxanadan çıxan məhkum falçı rəfiqəsini suda boğub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyanın Sverdlovsk vilayətində həbsxanadan çıxan qadın falçı rəfiqəsini öldürüb.
Keçmiş məhbus dostları ilə ziyafət təşkil etsə də, axşam faciəyə çevrilib. Falçı rəfiqəsi üçün daha bir həbs olacağını xəbər verib. Spirtli içki öz işini görüb – qadın dözə bilməyib, “falçını” gölməçəyə sürüyüb və suda boğub.
Məhkəmə qatili 9 il 6 ay müddətinə azadlıqdan məhrum etdi və mərhumun ailəsinə 2 milyon rubl təzminat ödəməyə qərar verib.
Xuraman Etibarlı
İnterpress.az