AZ

"Maradona mənim üçün Tanrıdır"

Argentina millisində Dieqo Maradonanın rəhbərliyi altında oynayan Anxel di Mariya əfsanəvi həmyerlisini yada salıb. 

Fanat.Az xəbər verir ki, "Marca" "Benfika" klubnunun ulduz oyunçusunun sözlərini belə təqdim edib:

"Dieqo Maradona mənim üçün Tanrıdır. O, mənim üçün ikinci ata kimi olub. Maradona ən çətin anlarımda mənə dəstək olub, həmişə mənə inanıb, hər zaman məsləhət vermək üçün yanımda olub. 

Bu günə kimi də Klaudiya (Maradonanın keçmiş həyat yoldaşı) ilə danışanda, həyat yoldaşım onun qızları ilə danışanda maradonalı anları xatırlayırıq. Klaudiya Maradonanın məni oğlu kimi sevdiyini, həmişə məni qoruduğunu söyləyib”.

Xatırladaq ki, əfsanəvi futbolçu 2020-ci il noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. 

Mirağa

Seçilən
21
fanat.az

1Mənbələr