AZ

Rusiya bu ölkənin milyonlarla borcunu silib

Rusiya Somalinin SSRİ tərəfindən verilmiş kreditlər üzrə 48,1 milyon dollar borcunu silib. 

Demokrat.az
xəbər verir ki, müvafiq sənəd  normativ hüquqi aktlar portalında dərc olunub.

Bildirilir ki, 1984-cü il oktyabrın 1-dək Sovet hökumətinin Somaliyə verdiyi uzunmüddətli kreditlər üzrə yığılmış faizlər silinib. 

Rusiya prezidenti Vladimir Putin noyabrda keçirilən Rusiya-Afrika Tərəfdaşlıq Forumunda bildirib ki, Rusiya Federasiyası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafı daha intensiv və çoxşaxəli xarakter alır. 

Onun sözlərinə görə, bu faktı nazirlərin konfransının məzmunlu proqramı tam təsdiq edir.

Tədbirlərin hazırlanması  üzrə təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov bildirib ki, Rusiya Federasiyası 2030-cu ilə qədər Afrika ilə müstəqil hesablaşma sistemi yaratmaq niyyətindədir.

Əfsanə Kamal 
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr