AZ

Norveç Ukraynaya hərbi yardımın bir hissəsinimaliyyələşdirəcək

Norveç Ukraynaya hərbi yardım üçün vəsait ayıracaq və maliyyələşdirmə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbərliyi altında Ukrayna üçün Beynəlxalq Fond vasitəsilə həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Norveç hökuməti Ukraynaya beynəlxalq yardım paketi üçün təxminən 232,5 milyon dollar ayıracaq.

Bu vəsaitin təxminən 115 milyon dolları Ukraynanın hərbi-dəniz qüvvələrinin gücləndirilməsi üçün avadanlıqlara, 85 milyon dollara qədəri hava hücumundan müdafiə vasitələrinə, təxminən 32,5 milyon dolları isə əvvəllər Ukraynaya tədarük edilmiş kritik əhəmiyyətli sistemlər üçün ehtiyat hissələri və dəstəyin təmin edilməsinə yönəldiləcək.

"Ukraynada müharibə davam edir və hərbi texnikaya ehtiyac kritik olaraq qalır", - Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

phrase_var_article.chosen
8
2
redaktor.az

3phrase_var_article.sources