AZ

Məhkəmə “A.E.S.-Trading”lə bağlı cərimə qərarı çıxardı

"A.E.S.-Trading" MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq ednilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elvin Əhmədov Valeryeviç. Hüquqi ünvanı Az1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Ə.Qasımov, ev 25 ünvanında yerləşir.

"Cebheinfo.az"

Seçilən
6
cebheinfo.az

1Mənbələr