AZ

Çin alimləri Ayın torpaq nümunələrindən maqnit sahəsinin dəyişməsini aşkar ediblər

Çin alimləri Ayın torpaq nümunələrindən maqnit sahəsinin dəyişməsini aşkar ediblər

Çin Elmlər Akademiyasının (CAS) alimləri “Çanqi-6” missiyası ilə görünməyən qaranlıq tərəfdən gətirilən torpaq nümunələrini araşdıraraq, keçmişdə ayın maqnit sahəsinin dəyişməsi ilə bağlı ilk məlumatı əldə ediblər."Chinadaily.com" xəbər verib ki, "Nature" jurnalında dərc olunan araşdırma nəticəsində Ayın maqnit sahəsinin intensivliyinin təxminən 2,8 milyard il əvvəl yenidən artmış ola biləcəyi ortaya çıxıb.Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan və Milli Astronomiya Rəsədxanasından Cu Rişyanq və Say Şuhuinin rəhbərlik etdiyi qrup “Çanqi-6” missiyasının aydan gətirdiyi 4 millimetrlik bazalt qaya parçası üzərində maqnit tədqiqatı aparıb.Komanda ayın maqnit sahəsinin generatorunun gücün kəskin azalmasından sonra təxminən 2,8 milyard il əvvəl yenidən gücləndiyini və yenidən maqnit sahəsi yarada biləcəyini müəyyən edib.Daha əvvəl "Apollon" missiyası tərəfindən gətirilən torpaq nümunələrini tədqiq edən elm adamları ayın 3,5-4,2 milyard il əvvəl maqnit sahəsi yaradan aktiv generatora malik ola biləcəyini, maqnit sahəsinin təxminən 3,1 milyard il əvvəl əhəmiyyətli dərəcədə azalaraq aşağı enerji vəziyyətində qaldığını və bundan 1 milyard il sonra tamamilə yox olduğunu proqnozlaşdırırdı.Ayın içərisində bir zamanlar yerinkinə bənzər bir maqnit sahəsi yaradan bir təbəqənin olduğunu qeyd edən Say, "Maqnit sahəsi bir planetin yaşayış mühitinin qorunmasında əhəmiyyətli bir elementdir. Bu, təkcə kosmik şüalara qarşı qorunma təmin etmir, həm də atmosferi və suyu qoruyur" bildirib.Say maqnit sahəsinin intensivliyinin yenidən artmasının generatorun enerji mənbəyinin dəyişməsi və ya ilkin olaraq bu qüvvəni təmin edən mexanizmin yenidən gücləndirilməsi ilə bağlı ola biləcəyini qeyd edib: "Buna görə də ayın maqnit sahəsinin generatorunun təkamülünü başa düşmək, ayın daxili quruluşunu, istilik tarixini və səth mühitini aşkar etmək üçün böyük əhəmiyyət kəsb edir. Ayın və yerin maqnit sahələrini fərqli edən bu amilləri aşkar və müqayisə edərək, müxtəlif planetlərin maqnit sahələrinin inkişaf proseslərini daha yaxşı anlaya, yerin və bəşəriyyətin gələcəyi üçün vacib məlumatlar əldə edə bilərik”.

Seçilən
26
afn.az

1Mənbələr