Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın (parlamentin) buraxılması ilə bağlı qərar qəbul etmək niyyətindədir.
Editor.az bildirir ki, bu barədə onun ofisinin nümayəndəsi Kerstin Qammelin bildirib. Parlamentin buraxılması halında növbədənkənar parlament seçkiləri təşkil olunacaq. Oxşar ehtiyac kansler Olaf Şolz hökumətinə verilən etimadsızlıq səsverməsi səbəbindən yaranıb.
“Son bir neçə gün ərzində mən Almaniya Bundestaqındakı parlament qrupları və fraksiyalarının rəhbərləri ilə müzakirələr aparmışam ki, artıq federal hökumət üçün sabit parlament çoxluğunun yaradılması perspektivinin olmamasına əmin olsunlar”, – deyə Ştaynmayer bildirib. Noyabrda prezident Olaf Şolz deputatların dəstəyini almadığı təqdirdə (eyni zamanda onun azlıq hökumətini saxlamaq hüququ var) parlamenti buraxmağa hazır olmasından danışmışdı. Dekabrın 16-da keçirilən iclasda 733 deputatdan 394-ü onun hökumətinə etimad göstərməkdən imtina edib. Parlament seçkiləri parlamentin buraxılmasından sonra 60 gün ərzində keçirilməlidir.
//Samir Qurbanov, Editor.az