AZ

Keyn və "Bavariya"nın digər 4 oyunçusu dəyərlərini itirdilər

style='margin-bottom:10px;'>

"Transfermarkt" Bundesliqanın qiyməti ən çox ucuzlaşan futbolçularının siyahısını paylaşıb. 

QOL.az xəbər verir ki, birinci yerdə "Bavariya"nın vingeri Leroy Zanedir. Onun bazar dəyəri 15 milyon avro düşüb. Münhen klubunun digər hücumçusu Harri Keynin bazar dəyəri 10 milyon avro azalaraq ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə isə "Bavariya"nın yarımmüdafiəçisi Joau Palinyadır. Onun qiyməti 10 milyon avro azalıb. 

Bundesliqanın transfer dəyəri ən çox ucuzlaşan futbolçuları

1. Leroy Zane, "Bavariya" (- 15 milyon avro) — 45 milyon avro

2. Harri Keyn, "Bavariya" (- 10 milyon avro) — 90 milyon avro

3. Joau Palinya, "Bavariya" ( - 10 milyon avro) — 40 milyon avro

4. Matis Tel, "Bavariya" (- 10 milyon avro) — 30 milyon avro

5. Doniell Malen, "Borussiya" (Dortmund) (- 10 milyon avro) — 30 milyon avro

6. Amin Adli, "Bayer" (- 8 milyon avro) — 22 milyon avro

7. Edmon Tapsoba, "Bayer" (- 5 milyon avro) — 40 milyon avro

8. Alexandro Qrimaldo, "Bayer" (- 5 milyon avro) — 40 milyon avro

9. Eksekiel Palasios, "Bayer" (- 5 milyon avro) — 40 milyon avro

10. Serj Qnabri, "Bavariya" (- 5 milyon avro) — 35 milyon avro

phrase_var_article.chosen
8
teleqraf.com

1phrase_var_article.sources