AZ

Bəşər Əsədin arvadı boşanmaq İSTƏYİR

Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd sığındıqları Moskvadakı həyat şəraitindən məmnun deyil.

Hokm.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.

Bildirilir o, Londona gedə bilmək üçün ərindən boşanmaq istəyir.

İngiltərənin paytaxtı Londonda doğulan, bankçılıq karyerasını geridə qoyan Əsma Əsəd  Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.

Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskvada hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə məruz qaldığı və paytaxtı tərk etməsinin, hər hansı siyasi fəaliyyətlə məşğul olmasının qəti qadağan edildiyi bildirilir.

Bəşər Əsədin aktivlərinə giriş də Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü və yaşayış şəraitini ciddi şəkildə məhdudlaşdırır.

Seçilən
13
11
hokm.az

10Mənbələr