BP Kərkükün neft-qaz yataqlarını istismar edəcək
BP şirkəti ilə İraq Respublikası arasındakı danışıqların nəticəsi olaraq məşhur şirkət Kərkük neft yataqlarının istismarı barədə razılıq alıb.
Reyting.az bildirir ki, dünya nəhəngi BP şirkəti ilə İraq federal hökuməti tərəfindən razılaşdırılan, tərəflərin ehtimalına görə milyardlarla barrel neft ehtiyatı saxlayan Kərkükdəki neft-qaz yataqlarının yenidən işlənmə planının artıq ən vacib texniki şərtlərinin müzakirələri başlayıb.
"Bloomberg" nəşri Britaniya nəhəngi "British Petroleum" şirkətinin icraçı vitse-prezidenti Uilyam Linə istinadla yazır ki, BP və İraq hökuməti arasında texniki şərtlərlə bağlı ilkin saziş artıq imzalanıb. Bildirilir ki, Britaniya nəhəngi və İraq dövləti danışıqları gələn ilin əvvəlindən başa çatdırmağı planlaşdırırlar.
"Biz İraq hökumətinə BP-nin bu ölkədə, xüsusən də Rumaila adlanan bölgəsində fəaliyyətinə göstərdiyi davamlı dəstəyə, eləcə də Kərkük ərazisindəki həmin kritik yataqların gələcək inkişafı, istifadəsi ilə bağlı müzakirələrdə fəal iştirakına görə minnətdarıq", - deyə Uilyam Lin bü gün verdiyi açıqlamasında bildirib.
Xatırladaq ki, BP şirkəti və İraq bu ilin əvvəlində Şimali Kərkük bölgəsində yerləşən dörd neft-qaz yatağının bərpası, işlənməsi barədə razılığa gəldiklərini bəyan etmişdilər.
2024-cü ilin avqust sövdələşməsində BP bildirmişdi ki, "tamamilə zəruri hallarda mövcud obyektlərin bərpası, həmçinin yeni obyektlərin tikintisi, o cümlədən qazın genişləndirilməsi layihələri Kərkük yataqlarında qazma proqramı ilə birlikdə hasilatı sabitləşdirmək, eyni zamandaazalmanı geri qaytarmaq, hasilatı əvvəlki vəziyyətə qaytarmaq üçün çox böyük bir potensiala malikdir. Bu milli əhəmiyyətli neft yatağında artım trayektoriyasıdır".
Qeyd edək ki, İraq OPEC-in ikinci ən böyük neft istehsalçısıdır və Kərkük neft sənayesinin meydana gəldiyi məkandır. Lakin onu da qeyd etmək lazımdır ki, BP-nin İraqdakı tarixi əslində BP kimi tanınan bu şirkətin İraqa Kərkükdəki Baba Qurqurd adlanan ərazidə neft tapmağı, hasil etməyi, ixraca köməyi 1920-ci illərə təsadüf edir.
BP şirkətinin məlumatında bildirilir ki, Kərkük yatağında təxminən 9 milyard barrelə qədər neft var.
Bununla belə, İraq dövlətinin ərazisində, Kərkükdəki neft əməliyyatları son on ildə Bağdaddakı mərkəzi hökumətlə müxalif mövqeli Kürd regional hökuməti arasında neft yataqlarına, eləcə də neft gəlirlərinə nəzarətlə bağlı mübahisələr səbəbindən həmişə problemli olub.
Oqtay QORÇU