ABŞ prezidenti Co Bayden Vaşinqtona qayıtmaq üçün Delaverə səfərini ölkənin müvəqqəti büdcəsinin qəbulu ilə bağlı problemlərə görə yarımçıq qoyub.
Oxu24.com xəbər verir ki,bu barədə “Forbes” jurnalı Amerika lideri və birinci xanımın helikopterdə enişini əks etdirən videonu dərc edərək məlumat yayıb.
“Co Bayden və Jill Bayden Ağ Evə qayıtmaq üçün Delaver ştatının Wilmington şəhərindən ayrıldılar”, videonun başlığında qeyd edilib.
Prezidentin 1972-ci ildə avtomobil qəzasında dünyasını dəyişən birinci həyat yoldaşı və qızını yad etmək üçün Delaverə səfər etdiyi bildirilir.
Dekabrın 20-də ABŞ-ın müvəqqəti büdcə layihəsi Nümayəndələr Palatasında təsdiqlənmək üçün lazımi dəstəyi qazanmayıb.
Dekabrın 17-də “The Washington Post” Kapitoliyadakı mənbələrə istinadən yazıb ki, ABŞ Konqresdə bir sıra büdcə maliyyələşdirmə maddələri ilə bağlı fikir ayrılıqları səbəbindən dekabrın 20-də hökumətin müvəqqəti fəaliyyətini dayandıra bilər. Əgər demokratlar və respublikaçılar hökumətin davamlı maliyyələşdirilməsinə zəmanət verən müvəqqəti qətnamə ilə bağlı başqa sövdələşmənin şərtləri barədə razılığa gəlməsələr, o zaman ABŞ federal nazirlik və idarələrin işi üçün pulsuz qalacaq.
Daha əvvəl Mask ABŞ-ın müvəqqəti büdcə layihəsini cinayət adlandırmışdı.
Nigar