"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı iləVüsal Yusif oğlu Aslanov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri təyin edilib.
Z.Hüseynov bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu.
O, bu vəzifədə mərhum Tağı Əhmədovu əvəzləmişdi.