Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyənin bu ölkədəki səfiri Ali Kaan Orbayla görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.
Məlumata əsasən, görüşdə gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Bölgədə baş verən proseslərə, Gürcüstan və Türkiyənin regionda sülh və sabitliyin təminatında roluna diqqət çəkilib.
Tərəflər Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər. Regional əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsinin vacibliyi və iki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyinə də diqqət yönəldilib.
Sonda Gürcüstan-Türkiyə münasibətlərinin uğurlu inkişafı üçün fəal əməkdaşlığa dair razılığa gəlinib.