"Google" "Android 16" əməliyyat sisteminin gözləniləndən daha tez, 2025-ci ilin ikinci rübündə, ehtimal ki, iyun ayının əvvəlində təqdim ediləcəyini təsdiqləyib.
Valyuta.az xəbər verir ki, Beta versiyasının yanvar ayında, "Android 15"dən 3 ay əvvəl buraxılması gözlənilir. Mart ayında "Platforma sabitliyi" mərhələsinə keçiləcək, aprelə qədər isə əsas diqqət səhvlərin aradan qaldırılmasına yönələcək.
Ən son yeniliklər barədə ətraflı məlumatı, "Google"un may ayında keçiriləcək "Google I/O" tədbirində əldə etmək mümkün olacaq. Əvvəlki illərdə olduğu kimi, ilk yeniləməni "Google Pixel" istifadəçiləri alacaq. Digər cihazların yenilənmə müddəti isə marka və modelə görə dəyişəcək. Məsələn, "OnePlus" cihazlarının sürətli yenilənməsi gözlənilsə də, "Samsung"un "One UI 7"də yaşadığı gecikmələrə əsasən, "Android 16" üçün də oxşar problemlər yaşana bilər.
"Android 16"nın əsas xüsusiyyətləri
"Android 16" ilə bağlı ilkin versiyalarda bəzi yeni xüsusiyyətlər üzə çıxıb:
* Qısa qeydlər üçün kilid ekranı qısayolu: "Pixel" istifadəçiləri kilid ekranına "Qeydlər" qısayolu əlavə edə biləcək və sevimli qeydlər tətbiqini seçə biləcəklər.
* Ekran bağlıykən barmaq izi doğrulama: Artıq ekran bağlı olduğu halda barmaq izi sensorundan istifadə edərək biometrik autentifikasiya mümkün olacaq.
* Bulud seçimli foto seçici: Foto seçmə interfeysinə bulud axtarışı funksiyası əlavə edilib.
* "Health Connect" məlumatları: Yeni "Fəaliyyət intensivliyi" metrikası əlavə olunub.
* Gizlilik panelində təkmilləşdirmələr: İndi məlumatları 24 saat əvəzinə həftəlik təhlil etmək mümkün olacaq. Bu da icazəsiz girişləri aşkar etməyi asanlaşdırır.
* Səs paylaşımı: Eyni anda bir neçə "Bluetooth" cihazına səs ötürməyə imkan verir.
* Bildirişlərin azaldılması funksiyası: Müəyyən bir müddət ərzində eyni tətbiqdən gələn bildirişlərin səsini tədricən azaltmağa imkan verir.
"Android 16"nı alacaq telefonların siyahısı
Aşağıda istehsalçıların verdiyi qeyri-rəsmi məlumatlara əsasən, "Android 16" yeniləməsini alacağı gözlənilən telefonların siyahısı təqdim olunur:
Asus
Asus ROG Phone 8
Asus ROG Phone 8 Pro
Asus Zenfone 11 Ultra
Fairphone
Fairphone 5
Google
Pixel 6
Pixel 6 Pro
Pixel 6a
Google Pixel 7
Google Pixel 7 Pro
Google Pixel 7a
Google Pixel 8
Google Pixel 8 Pro
Google Pixel 8a
Google Pixel 9
Google Pixel 9 Pro
Google Pixel 9 Pro Fold
Google Pixel 9 Pro XL
Google Pixel Fold
HMD
HMD Fusion
HMD Pulse
HMD Pulse Pro
HMD Pulse+
HMD Skyline
Honor
Honor 200
Honor 200 Lite
Honor 200 Pro
Honor 200 Smart
Honor Magic V Flip
Honor Magic V3
Honor Magic Vs
Honor Magic Vs3
Honor Magic5 Pro
Honor Magic6
Honor Magic6 Pro
Honor Magic6 Ultimate
Honor X50 Pro
Motorola
Motorola Edge (2024)
Motorola Edge 50
Motorola Edge 50 Fusion
Motorola Edge 50 Neo
Motorola Edge 50 Pro
Motorola Edge 50 Ultra
Motorola Lenovo ThinkPhone
Motorola Moto G35
Motorola Moto G55
Motorola Moto G75
Motorola Moto G85
Motorola razr 50
Motorola razr 50 Ultra
Motorola S50 Neo
Motorola ThinkPhone 25
OnePlus
OnePlus 11
OnePlus 12
OnePlus 12R
OnePlus Nord 3
OnePlus Nord 4
OnePlus Nord CE 4 Lite
OnePlus Nord CE4
OnePlus Open
Oppo
Oppo A40
Oppo F25 Pro
Oppo Find N3 Flip
Oppo Find X6
Oppo Find X6 Pro
Oppo Find X7
Oppo Find X7 Ultra
Oppo K12
Oppo K12x
Oppo Reno 11
Oppo Reno 11 Pro
Oppo Reno 11F
Oppo Reno 12
Oppo Reno 12 F (4G)
Oppo Reno 12 F (5G)
Oppo Reno 12 Pro
Realme
Realme 12 (4G)
Realme 12 (5G)
Realme 12 Pro
Realme 12 Pro+
Realme 12+
Realme 12x
Realme 13 (4G)
Realme 13 (5G)
Realme 13 Pro
Realme 13 Pro+
Realme 13+
Realme GT 6
Realme GT 6T
Realme Narzo 70 Pro
Samsung Galaxy
Samsung Galaxy A06
Samsung Galaxy A15 (4G)
Samsung Galaxy A15 (5G)
Samsung Galaxy A16 (4G)
Samsung Galaxy A16 (5G)
Samsung Galaxy A25
Samsung Galaxy A33
Samsung Galaxy A34
Samsung Galaxy A35
Samsung Galaxy A53
Samsung Galaxy A54
Samsung Galaxy A55
Samsung Galaxy A73
Samsung Galaxy F15
Samsung Galaxy F55
Samsung Galaxy M15
Samsung Galaxy M34 (5G)
Samsung Galaxy M35
Samsung Galaxy M55
Samsung Galaxy S21 FE 5G
Samsung Galaxy S22
Samsung Galaxy S22 Ultra
Samsung Galaxy S22+
Samsung Galaxy S23
Samsung Galaxy S23 FE
Samsung Galaxy S23 Ultra
Samsung Galaxy S23+
Samsung Galaxy S24
Samsung Galaxy S24 FE
Samsung Galaxy S24 Ultra
Samsung Galaxy S24+
Samsung Galaxy Xcover 7
Samsung Galaxy Z Flip4
Samsung Galaxy Z Flip5
Samsung Galaxy Z Flip6
Samsung Galaxy Z Fold4
Samsung Galaxy Z Fold5
Samsung Galaxy Z Fold6
Sony
Sony Xperia 1 VI
Sony Xperia 10 VI
Xiaomi
Xiaomi 13
Xiaomi 13 Pro
Xiaomi 13 Ultra
Xiaomi 13T
Xiaomi 13T Pro
Xiaomi 14
Xiaomi 14 Ultra
Xiaomi 14T
Xiaomi 14T Pro
Xiaomi Mix Flip
Xiaomi Mix Fold 4
Xiaomi Poco F6
Xiaomi Poco F6 Pro
Xiaomi Poco M6 Plus
Xiaomi Poco X6 Pro
Xiaomi Redmi 13 (5G)
Xiaomi Redmi 13 4G
Paşa Məmmədli