AZ

Elan saytında oyun aparatı gördü, alanda dələduzluq qurbanı oldu - Tragikomik hadisə VİDEO

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib.

Xezerxeber.az xəbər verir ki, gündəliyinə 11 qanun layihəsinin müzakirəsi daxil edən parlamentin plenar iclası cari məsələlərin müzakirəsi ilə başlayıb. İclasda qeyd olunub ki, Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsidir.

Millət vəkilləri bildiriblər ki, qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir.

İclasda həmçinin Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv qəbul edilməsinin əhəmiyyətinə toxunulub.

Cari məsələlərin müzakirəsindən sonra "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov iki övladı olanların hərbi xidmətə çağırılması məsələsindən danışıb.

Deputat Qüdrət Həsənquliyev isə Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsini təklif edib.

Qanun layihələrinin müzakirəsindən sonra Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasın dekabrın 27-də keçiriləcəyi elan olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr