Amerika Birləşmiş Ştatları Suriyadakı hava zərbəsi nəticəsində "İslam Dövləti"nin lideri Əbu Yusifin məhv edildiyini elan edib. Əməliyyat dekabrın 19-da aparılıb.
Qaziler.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Twitter-ində məlumat verilib.
Amerika nəşri bildirib ki, İŞİD lideri dəqiq aviazərbə ilə Suriyanın Deyr əz-Zor əyalətinə endirilən zərbə nəticəsində məhv edilib.Orada həmçinin daha bir terrorçu da olub.
"Zərbə əvvəllər Suriya rejiminin və rusiyalıların nəzarət etdiyi rayona endirilib", - məlumatda deyilir.
QAZİLER.AZ