AZ

Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur- Avroparlament susur...

Image

Mübariz Göyüşlü: “Beynəlxalq ictimaiyyət Fransa zorakılığına  sərt şəkildə rəy bildirməlidir”

Tsiklondan zərər çəkmiş Mayotta adasının sakinləri Hind okeanı regionuna səfərə gələn Fransa Prezidenti Emmanuel Makronu səmimi qarşılamayıblar. Makron, ilkin məlumatlara görə, ən azı 31 nəfərin ölümünə və 2500-ə yaxın insanın yaralanmasına səbəb olan Çido tsiklonunun baş verməsindən beş gün sonra Mayottaya gəlib. 

Mayotta sakinləri arxipelaqdakı yaşayış şəraitindən və içməli suyun olmamasından narazıdırlar. Bu səbəbdən ada sakinləri dövləti fəaliyyətsizlikdə ittiham edərək Makronu istefaya çağırıblar. Qeyd olunur ki, bir çox insan prezidentə “boş danışma!” deyə qışqırıb, Makron isə özünü saxlaya bilməyərək “Mən tsiklon deyiləm! Mən cavabdeh deyiləm!” - deyib. O, həmçinin adalılara deyib ki, “Fransa olmasaydı, 10.000 dəfə daha çox problem yaşayardınız”.

Qeyd etdiyimiz kimi, Mayotta sakinləri çətinlik çəkir, ancaq Fransa ada sakinlərinin problemini diqqətə almır. Onu da bildirək ki, bu hadisə dünyanın müəyyən təşkilatlarının və Avropa Parlamentinin gözünün qarşısında baş verir. Ancaq Avropa Parlamenti üzvü olan ölkəyə hər hansı bir reaksiya bildirməyib. 

Mayotta sakinlərinin suyu, qazı, işıqı, ərzağı yoxdur, ancaq aidiyyəti qurumlar bu məsələni görməzdən gəlir. 

“Mayotta sakinlərinin yaşamaq uğrunda savaşı bir daha göstərir ki, Fransa və digər Avropa ölkələrinin demokratiya anlayışı yalnız quru sözdən ibarətdir”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa öz vətəndaşlarına da laqeyd münasibət bəsləyir: “Fransanın müstəmləkə altında saxladığı ölkələrdə vəziyyət olduqca bərbaddır. Fransa müstəmləkəsi olan ölkələlərə qeyri-insanı davranış nümayiş etdirir. Fransa dövləti o insanlara qəddarlıq, barbarlıq, vəhşilik yaşadır. Ümumiyyətlə, qəddarlıq, zorakılıq Fransa dövləti rəhbərinin həyat norması sayılır. Bu baxımdan hesab edirəm ki, özünü demokratiya, insan hüquqlarının beşiyi kimi göstərən dövlətin iç üzü hər kəsə bəlli olur. Mayotta sakinlərinin yaşamaq uğrunda savaşı bir daha göstərir ki, Fransa və digər Avropa ölkələrinin demokratiya anlayışı yalnız quru sözdən ibarətdir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu kimi məsələlərə öz rəyini sərt şəkildə bildirməlidir”.

Günel CƏLİLOVA





phrase_var_article.chosen
14
baki-xeber.com

1phrase_var_article.sources