ABŞ Prezidenti Co Bayden 9-12 yanvar 2025-ci il tarixlərində İtaliyaya səfər edəcək və səfər çərçivəsində Papa Fransisk və İtaliya rəsmiləri ilə görüşlər keçirəcək.
Redaktor.az xəbər verir ki, vəzifəsini 20 yanvar 2025-ci ildə seçilmiş prezident Donald Trampa təhvil verməyə hazırlaşan Bayden, prezidentlik müddətinin sonlarına yaxın Papa Fransisk ilə görüşəcək.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden İtaliyada Papa Fransisk, İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Corcia Meloni ilə bir araya gələcək.
Seymur BƏNNAYEV