AZ

Rusiyadan şok qərar: 4 arvad almağa icazə verildi

Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar Şurası (alim və ilahiyyatçılar) rusiyalı müsəlmanlara dördə qədər “dini nikah” bağlamağa icazə verib. 

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Üləmalar Şurasının və Müsəlmanlar Ruhani İdarəsinin sədr müavini, Moskva müftisi İldar Alyautdinov məlumat verib.

Çoxarvadlılığın əsas şərti, müftinin fikrincə, ərin bütün arvadlara ədalətli və bərabər münasibət göstərməsidir. "Bu, bərabər maddi dəstək, hər bir həyat yoldaşı üçün ayrıca mənzil verilməsi və onlar arasında vaxtın bərabər bölünməsini nəzərdə tutur. Əgər kişi bu şərtlərin yerinə yetirilməsini təmin edə bilmirsə, ona çoxarvadlı nikaha daxil olmaq qadağandır", - o qeyd edib.

Müfti onu da vurğulayıb ki, evli kişi yeni nikaha daxil olmaq niyyətini həyat yoldaşına bildirməyə borcludur. 

Rusiyada Ailə Məcəlləsinə əsasən, artıq başqa qeydiyyatdan keçmiş nikahda olan şəxslə evlənmək qadağandır. Bununla bağlı Üləmalar Şurası qeyd edib ki, yalnız dini nikahda olan qadınların hüquqları qanunla qorunmur. Lakin Rusiya qanunvericiliyi çoxarvadlılığa görə məsuliyyət nəzərdə tutmur.

Mürtəza
Ölkə.Az

phrase_var_article.chosen
21
4
olke.az

5phrase_var_article.sources