AZ

Gürcüstanın baş naziri ATƏT-in Bürosuna təşəkkür etdi

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna hücumlara baxmayaraq, Gürcüstanda keçirilmiş parlament seçkilərini düzgün qiymətləndirdiyinə görə təşəkkür edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ATƏT/DTİHB-nin dərc olunan yekun rəyi seçkilərdən dərhal sonra açıqlanan ilkin rəyi mahiyyətcə təkrarlayır.

“ATƏT/DTİHB-nin seçki mühitinin və prosedurlarının daha da təkmilləşdirilməsi üçün Gürcüstanın seçilmiş hakimiyyət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirməsi bizim üçün vacibdir”, - İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
23
1
teleqraf.com

2Mənbələr