AZ

Suriyanın şimalında iki jurnalist həyatını itirib

Suriyada Hələbdən 60 km qərbdə yerləşən Təşrin bəndi yaxınlığında avtomobillərində baş verən partlayış nəticəsində jurnalistlər Nazım Daştan və Cihan Bilginin həyatını itirdiyi bildirilib.


Sfera.az xəbər verir ki, Fırat Xəbər Agentliyinin (ANF) xəbərində Türkiyəyə məxsus silahlı pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində jurnalistlərin həyatını itirdiyi iddia edilib.
 

Dəclə Fırat Jurnalistlər Cəmiyyəti X-dəki paylaşımında hücumu pisləyib. Yazıda, "Həmkarlarımıza edilən bu hücumu qınayırıq və qəbul etmirik. Hər sahədə bu qırğına görə məsuliyyət tələb edəcəyik və onları öldürənləri buraxmayacağıq" ifadələri işlədilib.
Məsələ ilə bağlı Türkiyədən heç bir açıqlama verilməyib.
 

ANF-nin məlumatına görə, Daştan və Bilgin Əsəd rejiminin 8 dekabrdan bəri Teşrin bəndi və Karakozak körpüsünə “Türkiyə dövlətinin və Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) hücumlarını və onlara qarşı müqaviməti” izləyir.
 

Dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra SNA kürdlərin nəzarətində olan bölgəyə hücuma keçərək dekabrın 9-da Tel Rifat və Mənbicdə nəzarəti ələ keçirib.
 

ABŞ münaqişələri sona çatdırmaq üçün SDQ və Türkiyənin dəstəklədiyi qruplar arasında vasitəçilik etməyə çalışıb və ABŞ Dövlət Departamenti çərşənbə günü verdiyi açıqlamada Mənbicdə əldə olunan atəşkəsin həftə sonuna qədər uzadıldığını açıqlayıb.

İnci
 

phrase_var_article.chosen
20
sfera.az

1phrase_var_article.sources