Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin vəGünəş Uşaq Akademiyasının birgə təşkilatçılığı ilə "Parlaq Gələcək Naminə" adlı layihə çərçivəsində növbəti tədbir, Şərur rayonunYengicə kəndtam orta məktəbində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Həsən Həsənov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq TOLES və TOT sertifikatli təlimçisi, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və şagirdlər iştirak ediblər.
Tədbirigiriş nitqi ilə açan Ombudsmanın əməkdaşı Həsən Həsənov, ölkə qanunvericiliyində uşaqların təhsilə cəlb olunması, ümumi orta təhsil alması üçün bir çox normativ aktlar qəbul edilməsindən, bu prosesdə valideynlərin məsuliyyətinin artırılmasından, valideynlərin uşaqların təhsilə istiqamətlənməsindəböyük rol oynadığında danışıb.
Daha sonra Esmira Tağıyeva "Ailədə uşaq hüquqlarının qorunması" və Ulduz Əliyeva "Uşaqların hüquq və vəzifələri " mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirkaçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Parlaq Gələcək Naminə "adlı layihə çərçivəsində mütəmadi olaraq maarifləndirici silsilə tədbirlər davam etdirilməkdədir.