AZ

Müxalifət fevralda parlamentin işinə qatılacaq – Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze hesab edir ki, fevral ayında müxalifət parlamentə daxil olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifət iflasa uğrayıb və bugünkü aksiyada 800 nəfərin toplaşması bunun sübutudur.

“Bu gün Rustaveli prospektində 800 nəfər toplaşıb. Bu, müxalifətin iflasa uğradığının daha bir sübutudur. Müxalifət seçkilərlə bağlı nəsə deyə bilmir. Düşünürəm ki, müxalifət çox tezliklə taleyi ilə barışacaq və artıq fevralda parlamentə daxil olacaq”, - baş nazir deyib.

Xatırladaq ki, oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, müxalif “Dəyişikliklər naminə koalisiya”, “Milli hərəkat”, “Güclü Gürcüstan” koalisiyası və “Gürcüstan naminə” partiyası mandatlar əldə ediblər.

Lakin onlar qanunverici orqanda təmsilçilikdən imtina ediblər.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
45
teleqraf.com

1phrase_var_article.sources