AZ

Anar Yusifoğlu: "Azərbaycanın D-8-ə üzvlüyü əvəzedilməz fürsətdir"

"Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü sadəcə iqtisadi əməkdaşlıq deyil, dərin mədəni və geosiyasi mənalar daşıyan strateji bir addımdır. Bu təşkilata daxil olmaqla, Azərbaycan həm Şərq ilə Qərbin, həm də İslam dünyasının müasir çağırışlarla üzləşən coğrafiyasının qovşağı kimi çıxışını gücləndirəcək".

"Cebheinfo.az" xəbər verir ki,  bunu tanınmış jurnalist Anar Yusifoğlu bildirib. O qeyd edib ki, 

D-8 təkcə səkkiz müsəlman ölkəsini birləşdirən iqtisadi birlik deyil:

"Bu təşkilat eyni zamanda fərqli regionları bir araya gətirən bir platformadır. Azərbaycan öz multikulturalizmi, tarixi dialoq ənənələri və qlobal dəyərlərlə vəhdətdə olan İslam irsi ilə bu platformaya yeni nəfəs gətirəcək. Azərbaycanın geostrateji mövqeyi, enerji potensialı və beynəlxalq tranzit dəhlizlərindəki rolu, təşkilatın iqtisadi məqsədlərinə yeni miqyas qazandırar".

O qeyd edib ki, bu, yalnız başlanğıcdır:

"Azərbaycanın əsas töhfəsi onun İslam həmrəyliyi ideyasını qlobal çağırışlarla uzlaşdırmaq bacarığıdır. Dinlərarası dialoq, İslamofobiya ilə mübarizə və mədəniyyətlərarası harmoniyanın təşviqi kimi sahələrdə Azərbaycanın müsbət nümunəsi D-8 üçün yeni strateji hədəflər formalaşdıracaq. 

Azərbaycan D-8-ə üzvlük yolu ilə təkcə iqtisadi müttəfiq deyil, həm də ideoloji lider olaraq çıxış edəcək ki, bu üzvlük, İslam dünyasının yeni birgəlik modelini formalaşdırmaq və onu qlobal miqyasda tanıtmaq üçün əvəzedilməz fürsətdir. Bu yolda Azərbaycan həm körpü, həm də yol göstərən işıq olacaq".

O xatırladıb ki, 1996-cı ildə Türkiyənin təşəbbüsü ilə yaradılan və Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə kimi müxtəlif regionlardan olan ölkələri birləşdirən bu qurum 1997-ci ildə İstanbulda keçirilən sammitlə rəsmi fəaliyyətə başlayıb. Təşkilatın yeni strategiyası 2020-2030 illər üzrə Yol Xəritəsində əksini tapıb və bu strategiya çərçivəsində iqtisadi, sosial və texnoloji sahələrdə əməkdaşlıq əsas hədəfdir. 

"Cebheinfo.az"

phrase_var_article.chosen
15
cebheinfo.az

1phrase_var_article.sources