ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Avropa mallarının ABŞ-yə idxalına yüksək gömrük rüsumları təyin etmək niyyətində olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə o sosial şbəkə hesabında yazıb. Prezident, bunun Brüsselin Amerikadan neft və qaz alışını artırmayacağı təqdirə baş verəcəyini qeyd edib.
“Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-lə olan böyük ticarət kəsirini əhəmiyyətli miqdarda neft və qaz almaqla doldurmalıdır. Əks halda onları yüksək tariflər gözləyir”, - Tramp sosial şəbəkədəki səhifəsində yazıb.
İnci