AZ

Audi və FAW Çində elektrikli avtomobil istehsalı zavodunu işə salıb

Çində Çançunda Audi və FAW şirkətlərinin birgə zavodu fəaliyyətə başlayıb.

SİA-nın məlumatına görə, Audi FAW NEV adlanan şirkət elektromobillərin istehsalına fokuslanıb.

Zavod Audi Q6L e-tron krossoverini istehsal edəcək. Gələcəkdə Çin bazarı üçün xüsusi olaraq yaradılmış Audi A6 e-tron modelinin yığılmasına başlamaq planlaşdırılır. Zavodun illik gücü 150 min ədəddən çox olacaq.

Çin konserni tədarükçülərin təxminən 50 faizinin müəssisədən 30 kilometr radiusda yerləşdiyini bildirib ki, bu da istehsalın lokallaşdırılmasını artırır.

Gələcəkdə Audi FAW NEV 90 faiz lokalizasiyaya nail olmağı planlaşdırır. Birgə müəssisə 2021-ci ildə səhmlərlə yaradılıb: Audi – 55faiz, Volkswagen Çin - 5 faiz, Çin FAW – 40 faiz.

Zavod Volkswagen MEB və Porsche J1 platformalarının komponentlərinə əsaslanan PPE (Premium Platform Electric) platformasında modellər hazırlayır.

Nazlı Almuradova

phrase_var_article.chosen
18
sia.az

1phrase_var_article.sources