AZ

Rusiya “İsgəndər” raketi ilə Kiyevdəki xarici ölkə səfirliklərini vurdu

Kiyevdə dekabrın 20-də Rusiya Federasiyasının raket hücumları nəticəsində paytaxtın mərkəzindəki bir sıra səfirliklərin binalarına ziyan dəyib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan brifinqdə danışıb.

Söhbət Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya, Monteneqro səfirliklərindən gedir. Tixi atəşin nəticələrini əks etdirən fotoşəkilləri nümayiş etdirib. “Bu gün Kiyevdə bir sıra səfirliklər atəşə tutulub, bu səfirliklərin hamısı Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Monteneqro səfirlikləridir. Binada pəncərələr, qapılar və tavan parçaları sındırılıb. Bu, Rusiyanın tamamilə vəhşi hücumudur”.

O qeyd edib ki, bütün dünyada diplomatik qurumlara zərbə bütün mümkün “qırmızı xətləri” keçmək və beynəlxalq qaydaların pozulması hesab olunur. Tixi izah edib ki, bina Diplomatik Nümayəndəliklərə Xidmət Baş İdarəsinin balansındadır. Onun sözlərinə görə, Ukrayna tərəfi artıq dəymiş ziyanın səviyyəsini qiymətləndirir və bu zərərin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. O əlavə edib ki, bu səfirliklərdə çalışan diplomatlardan heç biri xəsarət almayıb.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
11
editor.az

1phrase_var_article.sources