AZ

Renat Dadaşov növbəti dəfə baş məşqçisiz qalıb

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" baş məşqçisi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, Kenan Koçakla müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Bu, "Ankaragücü"ndə ikinci məşqçi istefası olub. Mövsümə Cihat Arslanla başlayan ankaralılar 5 oyundan (2 qələbə, 3 məğlubiyyət) sonra onunla yollarını ayırmışdılar.

Koçakın "Ankaragücü" karyerası daha uzun çəkib. Ankara təmsilçisi onun rəhbərliyi ilə 14 oyunda 8 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 4 dəfə uduzub.

Qeyd edək ki, təmsilçilərimizin komandası 16 turdan sonra 23 xalla 8-ci pillədə qərarlaşıb. Onları liderdən 9 xal ayırır.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr